"Quranın yandırılması sivilizasiyalar arasında nifaq salmaqdan başqa bir şey deyil" - İran XİN

17:58 17.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müqəddəs Ramazan ayında Quani-Kərimin İsveçdə təhqir olunması sivilizasiyalar arasında təfriqə salmaqdan başqa bir şey deyil.

Hafta.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Tehranda keçirdiyi ənənəvi mətbuat konfransında deyib. O bildirib ki, radikal sağçı partiya rəhbəri tərəfindən polisin gözü qarşısında müsəlmanların müqəddəs kitabını yandırılması təsadüfi xarakter daşımır. Bu hadisə bütün dünya müsəlmanlarını təhqir etmək deməkdir.

Səid Xətibzadə İsveç hökumətindən baş verən hadisənin səbəbini izah etməyə və radikal partiya sədrini cəzalandırmağa çağırıb. İslamofobiyanın artması və müsəlmanlara qarşı bu cür təhqiramiz hərəkətlər gələcək üçün heç də yaxşı perspektivlər vəd etmir. Polis və digər hüquq-mühafizə orqanları belə nalayiq işləri uzaqdan seyr etməməli, nifaq və düşmənçilik yaradan addımların qarşısını almalıdır.

Qeyd edək ki, aprelin 16-da Danimarkanın radikal sağçı “Stram Kurs” partiyasının rəhbəri Rasmus Paludan İsveçin paytaxtı Stokholmda polisin mühafizəsi ilə Quranı yandıraraq videoçəkiliş təşkil edib və sosial şəbəkələrdə paylaşıb. Müqəddəs kitabın yandırılmasına mane olmaq istəyən insanlar polisin müqaviməti ilə qarşılaşıblar. Bundan sonra polis ilə insanlar arasında gərginlik yaşanıb. Polisə daşla hücum edən 8 nəfər saxlanılıb. R.Paludan İsveçin müxtəlif şəhərlərində oxşar aksiyalar keçirib və bütün bunlar polisin gözü qarşısında baş verib.